• Fanat
  • 19 Avqust 2023 22:40
  •  11 746

“Qarabağ” klubu rusiyalı qapıçını heyətinə qatıb

“Qarabağ” klubu rusiyalı qapıçı Andrey Lunyovun transferini açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi xəbər verib.

Məlumata əsasən, 32 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Andrey Lunyov son olaraq Almaniyanın “Bayer” (Leverkuzen) komandasının formasını geyinib. O, daha əvvəl ölkəsində “Torpedo” (Moskva), “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit” klublarının şərəfini qoruyub.