• Fanat
  • 16 Oktyabr 2023 21:26
  •  13 874

İspaniyada "Kordoba"nın 18 yaşlı futbolçusunun meyiti tapılıb

İspaniyada "Kordoba" futbol klubunun 18 yaşlı gənc futbolçusu Alvaro Prieto ölü tapılıb.

Aznews.az xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

"Gənc oyunçumuz Alvaro Prietonun ölü tapıldığını elan etməkdən təəssüflənirik",-deyə klubun mətbuat xidməti rəsmi saytında qeyd olunub.

Kordoba rəhbərliyi başsağlığı üçün azarkeşlərinə təşəkkür edib.

Mövsüm