- Fanat
- 12:56
- 1 406
Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazandı
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə Türingiya Kuboku başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, 32-ci dəfə təşkil olunan ənənəvi beynəlxalq turnirdə yeniyetmə qızlardan ibarət Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Yarışda Sunay Salamova (-40 kq) qızıl, Zəhra Quliyeva (-40 kq) gümüş, Pərvin Sevxanlı (-44 kq), Könül Eyvazlı (-48 kq), Məsumə Məmmədli (-70 kq) və Zemfira Əliyeva (+70 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, turnirin U-18 yaş kateqoriyasında ümumilikdə 243 cüdoçu mübarizə aparıb.
Aznews.az