- Fanat
- 08:40
- 2 041
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb
Futbol üzrə dünya çempionatında A qrupunun Cənubi Koreya - Çexiya görüşü baş tutub.
AzNews.az xəbər verir ki, Qvadalaxara stadionunda keçirilən matçda asiyalılar 2:1 hesablı əzmkar qələbə qazanıblar.
Hesabı çexlər açıblar. 59-cu dəqiqədə Ladislav Kreyçiy başla dəqiq oynayıb. Lakin özündə güc toplayan Cənubi Koreya seçməsi Hvan İn Bom (67) və O İn Qyunun (80) qolları ilə qalib gəlib.
Qeyd edək ki, qrupun və DÇ-2026-nın açılış matçında Meksika Cənubi Afrika Respublikası (CAR) millisinə 2:0 hesabı ilə qalib gəlib.