Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxış edib Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxış edib
  • Flash
  • 7 Sentyabr 2020 17:30
  •  5 808

"Ermənistan Azərbaycanın gücünü bir daha gördü”

Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxış edib

"Azərbaycan və Türkiyə regionda çox gözəl inkişaf modeli yaradıblar ki, bundan başqa dövlətlər də faydalana bilərlər. Regionda sülhün bərqərar olması isə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasıdır"

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin nüfuzlu “Haber Global” telekanalında çıxışı zamanı bildirib.

Hazırda Ermənistanda hökm sürən iqtisadi böhranın koronavirus pandemiyası dövründə daha da kəskinləşdiyini deyən Hikmət Hacıyev bildirib ki, istər Aprel döyüşləri, istərsə də Tovuz istiqamətində törədilmiş təxribat zamanı bütün dünya, o cümlədən Ermənistan Azərbaycanın gücünü bir daha gördü. (Report)

AzNews.az