- Köhnə - Günün fotosu
- 4 Fevral 2016 15:21
- 8 827
Kanalizasiya borusu partladı - Metronun qarşısını su basdı (Fotolar)
Bu gün Bakının Yasamal rayonu Nizami metrosunun yanında yerləşən kanalizasiya quyusunun sıradan çıxması bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.
Saatlarla axan su bütün ətrafa yayılaraq gediş-gəlişi çətinləşdirib.
Qeyd edək ki, bir neçə gün öncə də həmin kanalizasiyanın partlaması nəticəsində ətrafa xeyli çirkli su yayılıb.
Salamnews.org






