- Köhnə - Günün fotosu
- 12 Mart 2016 17:16
- 6 112
Azərbaycan və Türkiyə pilotlarından ətrafı tanıma uçuşları - Fotolar
"TURAZ Şahini - 2016" birgə taktiki-uçuş təlimləri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, təlimlərin ssenarisinə əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.
Uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.
Sonra türkiyəli pilotlar Miq-29 qırıcı və Su-25 hücum, azərbaycanlı hərbi təyyarəçilər isə F-16 qırıcı təyyarələrində uçuşlar keçiriblər.
Təlimlər davam edir.








