Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Biznes Mərkəzinin qarşısında dayanan “Knightscope K5” tipli mühafizəçi robot özünü hovuza atıb. Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Biznes Mərkəzinin qarşısında dayanan “Knightscope K5” tipli mühafizəçi robot özünü hovuza atıb.

Robot mühafizəçi “intihar etdi” - Fotolar

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Biznes Mərkəzinin qarşısında dayanan “Knightscope K5” tipli mühafizəçi robot özünü hovuza atıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, robot uzaq məsafədən hovuza doğru çevrilib və axıra qədər bu isiqamətdə hərəkət edərək hovuza düşüb. Robotun nəyə görə belə bir addım atdığı məlum deyil. Lakin, sosial şəbəkələrdə hadisə müxtəlif cür şərh olunub.

Bəziləri robotun öz işini sevmədiyini deyib, bəziləri isə onun dəhşətli xəbər eşidərək intihar etdiyini bildirib.

Məsələyə ciddi yanaşan ekspertlər isə robotun daxili mexanizmində nasazlıq ola biləcəyini qeyd ediblər.

Bəxtiyar Abbasov

AzNews.az