- Köhnə - Hadisə
- 10 Fevral 2016 09:10
- 1 878
Bakıda sərxoş sürücü yol qəzası törətdi
Nəsimi rayonunda sərxoş sürücü yol qəzası törədib.
Arzu Hüseynov idarə etdiyi "Volkswagen Golf" markalı avtomobillə qarşısında hərəkət edən Orxan İbrahimzadəyə məxsus "Volkswagen Passat" markalı avtomobili vurub.
Qəza zamanı xəsarət alan olmayıb. Müayinə zamanı qəzanı törədən "Qolf"un sürücüsü Arzu Hüseynovun sərxoş olması məlum olub.
Faktla əlaqədar araşdırmalara başlanılıb.
APA.az