Oğurluq etdiyinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməli də müəyyən edilib. Oğurluq etdiyinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməli də müəyyən edilib.

Oğurluq edən dəstənin digər cinayət əməli aşkarlandı

Oğurluq etdiyinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməli də müəyyən edilib.


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elşən Rəfiyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə tütün məmulatı oğurlanıb.

Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakinləri Faiq Mikayılov, Namiq Qurbanov, Anar Kərimov, Sumqayıt şəhər sakinləri Telman Əhmədov, Nizami Bayramov, Yaqub Qəniyev və əvvəllər məhkum olunan Məhəbbət Əhmədov tutulublar. Onların fevralın 12-də Şahmalı Əlizadəyə məxsus mağazadan 740 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.