Tərtər çayında suyun səviyyəsinin artması sakinlərin müvəqqəti istifadə etdiyi körpünün və alternativ yolun uçmasına səəb olub. Tərtər çayında suyun səviyyəsinin artması sakinlərin müvəqqəti istifadə etdiyi körpünün və alternativ yolun uçmasına səəb olub.

Ermənilər cəbhə bölgəsində təhlükə yaratdı - Körpü uçdu (Fotolar)

Tərtər çayında suyun səviyyəsinin artması sakinlərin müvəqqəti istifadə etdiyi körpünün və alternativ yolun uçmasına səəb olub.


Son üç gündür Ermənistan tərəfinin işğal altındakı Sərsəng su anbarından normadan artıq su buraxması Tərtər çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.

AzNews.az xəbər verir ki, çayda suyun səviyyəsinin qalxması sahilyanı ərazilərdə kritik vəziyyət yaradıb. Belə ki, Bərdənin Əyricə kəndi ərazisində bərpa olunan körpüdə tikinti işləri ləngiyib. Sakinlərin müvəqqəti istifadəsi üçün salınan körpünü sel suları uçurub. Mütəxəssilərin fikrincə Ermənistan tərəfi ziyan vurmaq məqsədilə çayda suyun səviyyəsini artırır. Bu da Azərbaycanın nəzarətində olan ərazilərdə fəsədlara yol açır.

Tərtərçay hidroqovşağı idarəsindən AzNews.az-a verilən məlumata görə, çayda suyun səviyyəsinin qalxması aran qarabağ bölgəsində 20 min ha əkin sahəsini suvarma suyu ilə təmin edən Xan arx su kanalının lil və çınqılla dolmasına səsbəb olub. Hazırda sel sularının qarşısının alınması üçün tədbirlər görülür. Çayda suyun səviyyəsi hazırda 15 kub metrdən saniyədən artıqdır. Tərtərçay hidroqovşağı idarəsindən onu da bildirdilər ki, Ermənistan tərəfi Sərsəng su anbarından suyu əsasən gecələr normadan artıq buraxır.