Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb. Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb.

Bakıda daha bir intihar - Qadın özünü binadan atdı

Bakıda intihar hadisəsi baş verib. 55 yaşlı qadın özünü binadan atıb.


Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsi 39/11 ünvanında çoxmərtəbəli yaşayış binalarından birinin 9-cu mərtəbəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Rüxsarə Kamal qızı Yunusova özünü yaşadığı mənzilin eyvanından ataraq intihar edib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Onun hansı səbəbdən belə bir addım atması hələlik məlum deyil.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.