Gəncədə avtomobillə motoroller toqquşub. Gəncədə avtomobillə motoroller toqquşub.

VAZ-la motoroller toqquşdu - 2 yaralı

Gəncədə avtomobillə motoroller toqquşub.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. "VAZ 21011" markalı avtomobillə motorollerin toqquşması nəticəsində motorollerdə olan Gəncə sakinləri 25 yaşlı Cəfər Nəcəfov və Natiq Qəribov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Dərhal Gəncə şəhər TTYX-yə çatdırılan yaralılara ilkin tibbi yardım göstərilib. Zərərçəkənlər xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.