Batumidə Santa-Klaus kostyumu geyinən bir nəfər şəhərin mərkəzində yerləşən mağazadan 15 min dollarlıq oğurluq edib. Batumidə Santa-Klaus kostyumu geyinən bir nəfər şəhərin mərkəzində yerləşən mağazadan 15 min dollarlıq oğurluq edib.

Batumidə Santa-Klaus mağazanı qarət etdi - Yeni il gecəsi

Batumidə Santa-Klaus kostyumu geyinən bir nəfər şəhərin mərkəzində yerləşən mağazadan 15 min dollarlıq oğurluq edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, oğru yeni il gecəsi şəhərin mərkəzində yerləşən türk supermarketinə soxulub.

Şahidlərin sözlərinə görə, yeni il gecəsi Santa-Klaus geyimli şəxs mağaza bağlı olsa da, bayram təbriki bəhanəsiylə zorla mağazaya daxil olub. O, əvvəlcə təbriklərini çatdırıb, daha sonra odlu silah vasitəsilə mağazadakıları hədələyib. Nəticədə, 15 min dollarlıq qənimətlə mağazadan qaçaraq uzaqlaşıb.

Hadisə ilə bağlı cinayət işi açılsa da, oğru hələ yaxalanmayıb.