Bakıda sərnişin avtobusu qəza törədib. Bakıda sərnişin avtobusu qəza törədib.

46 saylı avtobus qəza törətdi - Fotolar

Bakıda sərnişin avtobusu qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, 46 saylı sərnişin avtobusu "Kia" markalı minik avtomobili ilə toqquşub.

"Kia"nın sürücüsünün verdiyi məlumata görə, o dönmə əməliyyatı edərək əks yola çıxıb. Avtomobilin arxası ilə sürətlə hərkətdə olan sərnişin avtobusu "Kia"nın arxasına çırpılıb. Nəticədə avtobus yoldan çıxaraq qaz yanacaqdoldurma məntəqəsinin səkisinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

AzNews.az

image description image description image description