Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq. Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq.

Sabah yağış yağacaq

Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq.




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 27-də yağıntılı olacağı, axşam dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda
gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

AzNews.az