Ağdamda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb. Ağdamda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.

İki avtomobil toqquşdu - Yaralananlar var

Ağdamda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Quzanlı qəsəbəsində Siyavuş Hüseynovun idarə etdiyi “VAZ 2109" markalı, 10 BZ 885 dövlət nömrəli maşınla Kamil Mehdiyev idarə etdiyi “CHANGAN” markalı, 99 AG 421 dövlət nomrəli avtomobil toqquşub. Zərbədən idarəetməni itirən S. Hüseynov maşını yolun kənarındakı elektrik dirəyinə dəyib. Nəticədə “VAZ 2109"da olan sərnişinlər - 58 yaşlı Arifə Dadaşova və 38 yaşlı Minarə Hüseynova xəsarət alıb. Onlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

AzNews.az