Yanğında təsirli bilinənlər arasında Dağıstan sakinləri də var Yanğında təsirli bilinənlər arasında Dağıstan sakinləri də var

“Binə”dəki yanğınla bağlı həbslər başladı - EKSKLÜZİV

Yanğında təsirli bilinənlər arasında Dağıstan sakinləri də var

Dünən 23 radələrində "Binə" ticarət mərkəzində baş verən yanğınla bağlı cinayət işi açılıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisəylə bağlı artıq saxlanılanlar da var. Onlardan üçünün dağıstanlı olduğu bildirilir.
Əməkdaşlarımız həbs olunanların adlarını dəqiqləşdirir. Məsələ ilə bağlı ətraflı məlumat verəcəyik.

Qeyd edək ki, dünən gecə Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan şüşə-alkopan konstruksiyalardan ibarət paltar satışı mağazasının yanar konstruksiyaları içərisindəki mallar və yaxınlıqda dayanmış "VAZ" markalı minik avtomobilinin mühərrik hissəsi, "QAZEL" markalı yük avtomobilinin banı, "FORD" markalı mikroavtobusun mühərrik hissəsi yanıb. Yanğın zamanı yüksək temperaturdan yaxınlıqdakı digər mağazanın şüşələri partlayıb. Bitişik obyektlər yanğından mühafizə olununub. Yanğın saat 00:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağ Rayonu Polis İdarəsi həbs olunanlarıla bağlı məlumatı təsdiq etmədi.

Orxan
AzNews.az