Samuxda güclü külək ağacı “Niva”nın üzərinə aşırdıb Samuxda güclü külək ağacı “Niva”nın üzərinə aşırdıb

Samuxda külək "Niva"nı əzdi - Foto

Samuxda güclü külək ağacı “Niva”nın üzərinə aşırdıb

AzNews.az ARB-yə istinadən xəbər verir ki, Qərb bölgəsində əsən güclü külək Samuxda fəsadlar törədib. Axşam saat 18.00 radələrində rayonun Sərkar kəndində iri gövdəli çinar ağacı qırılaraq Əlövsət Abbasova məxsus “Niva” markalı avtomobilin üzərinə aşıb.

Nəticədə minik maşını yararsız hala düşüb. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri əraziyə cəlb olunublar.
Küləyin vurduğu ziyan araşdırılır.