- Köhnə - Hadisə
- 3 Sentyabr 2017 18:18
- 3 766
Toya gedən musiqiçilərin maşını dərəyə aşıb - Goranboyda
Goranboy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində baş verib.
Kəlbəcər rayon sakini, 1976-ci il təvəllüdlü Ceyhun Telman oğlu Verdiyevin idarə etdiyi dövlət qeydiyyat nişanı "99-GB-781" olan "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü və onun sərnişini, Goranboyun Qaraçınar kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 1979-cu il təvəllüdlü Hümbət Çingiz oğlu Salahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Onlar el şənliyində iştirak edən musiqiçilər olub və toya gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.