Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobillə traktor toqquşdu - Qadın öldü

Yevlax rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Salahlı və Hürüuşağı kəndlərini birləşdirən avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21012" markalı avtomobil axşam saatlarında traktorla toqquşub. Avtomobildə olan sərnişin, 38 yaşlı Flora Zakir qızı Məmmədova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Maşında olan sürücü və digər iki azyaşlı uşaq yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az