Dünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. Dünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

53 yaşlı kişi intihar etdi - Krediti olub + Yenilənib

Dünən Abşeron rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Saray bağları yaşayış massivində 1964-cü il təvəllüdlü Məmmədov Elşən Mahmud oğlunun özünü asaraq intihar etdiyi ev ona məxsus olmayıb.

Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov taksi sürücüsüdür və həmin evdə yaşayan əlil kişiyə xidmət göstərirmiş. O, bir neçə gün imiş ki, ailəsinin yaşadığı evə getmirmiş və həmin əlil kişiyə məxsus ikimərtəbəli evdə qalırmış. Dünən isə sürücünün özünü birinci mərtəbədən asaraq həyatına son qoyduğu məlum olub.

İntiharın səbəbinə gəlincə, E.Məmmədovun bir müddət əvvəl kreditlə avtomobil aldığı və ödənişi vaxtında həyata keçirə bilmədiyi deyilir.

Araşdırmalar davam etdirilir.

***

10:09

Abşeron sakini özünü asaraq intihar edib.

"Report"un məlumatına görə, hadisə rayonun Saray Bağları deyilən ərazisində baş verib.

Abşeron rayon sakini, 1964-cu il təvəllüdlü Elşən Mahmud oğlu Məmmədov yaşadığı evdə özünü asaraq intihar edib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

AzNews.az