- Köhnə - Hadisə
- 13 Oktyabr 2017 17:32
- 4 785
Betonqarışdıran maşın avtomobilin üstünə aşdı
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, bir qədər əvvəl metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın “VAZ 2107” markalı minik avtomobilinin üzərinə aşıb.
Hadisə nəticəsində betonqarışdıran maşının sürücüsü, 54 yaşlı Bayramov İlqar Sadıq oğlu xəsarət alıb.
O, 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti normaldır.
Qəza yerinə polis əməkdaşları cəlb olunub.
AzNews.az