Bakıda motosikletlə nənə və nəvəsini vurub qaçdılar

Bakıda naməlum motosiklet iki nəfəri vurub.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Əlizadə küçəsində baş verib. Nömrəsi və sürücüsü məlum olmayan motosiklet 1961-ci il təvəllüdlü Familə Abdullayeva ilə 5 yaşlı nəvəsi Həşimi vurub. Hər iki şəxsə tibbi yardım göstərilib.

Hadisəni törədən şəxs axtarılır.