- Köhnə - Hadisə
- 30 Oktyabr 2017 21:19
- 4 153
Zəncirvari qəza - Xəsarət alan var
Qazax rayonunda zəncirvari qəza baş verib.
AzNews.az "Report"-a istinadən xəbər verir ki, hadisə Qazax-Kosalar avtomobil yolunda qeydə alınıb.
Belə ki, 70 yaşlı Kosalar kənd sakini İsmayıl Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə "Opel" markalı maşına, daha sonra yol kənarında dayanan "Vito" markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb.
"Opel" markalı maşının sürücüsü, 1989-cu il təvəllüdlü Tural Fəxrəddin oğlu Nəsibov isə yüngül xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.