- Köhnə - Hadisə
- 3 Noyabr 2017 21:30
- 5 678
Gəncədə ağır qəza - a xəsarət alanların kimliyi məlum olub
Gəncədə hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarında olan maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, Atabəylər prospektində baş verən yol qəzasında xəsarət alanların kimlikləri məlum olub.
Xəsarət alanlar 1965-ci il təvəllüdlü İsmayilov Zahid İbrahim oğlu və 1987-ci il təvəllüdlü Yusibov Tuqay Adil oğludur.
Hər iki şəxsin vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.