- Köhnə - Hadisə
- 9 Noyabr 2017 17:01
- 4 260
Metroda qadının çantasına girən şəxs yaxalandı
Bakı Metropolitenində oğurluq edən şəxs tutulub.
AzNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 8-də metronun “Nizami” stansiyasında Şamaxı rayon sakini X.Mürsəlovanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan Rauf İsgəndərov Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.