İtkin düşən gənc tapıldı

Abşeron rayonunda itkin düşən 21 yaşlı Rahib Hüseynov tapılıb.

Bu barədə AzNews.az-a onun qardaşı məlumat verib.

Qardaşının sözlərinə görə, Rahib Hüseynov bu dəqiqələrdə Xətai rayonu ərazisindən tapılıb:

"Atam deyir ki, vəziyyəti yaxşıdır. Hazırda atamla birlikdə evə gəlirlər".

Qeyd edək ki, Rahib Hüseynov noyabrın 7-də evdən çıxıb və bu günə kimi geri qayıtmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az