- Köhnə - Hadisə
- 11 Noyabr 2017 13:00
- 4 741
Bakıda baş verən yanğında zəhərlənən polis zabiti hospitala yerləşdirilib
Daxili İşlər Nazirliyi ötən gecə Binəqədidə baş verən yanğınla bağlı məlumat yayıb.
AzNews.az xəbər verir ki, nazirliyin rəsmi saytında yayılan məlumata görə, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb.
FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.