- Köhnə - Hadisə
- 14 Noyabr 2017 09:52
- 14 902
BMW-ni uşaqların üstünə sürdü, ölən və yaralanan var
Rusiyanın Kemerov vilayətinin Berezovsk şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək maşını qoca və 4 uşağın üzərinə sürüb.
Nəticədə 7 yaşlı qız uşağı aldığı xəsarətlərdən dünyasını dəyişib.
68 yaşlı ahıl qadın və digər iki məktəbli isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Sürücünün 56 yaşı var.
Faktla bağlı araşdırma aparılır.