- Köhnə - Hadisə
- 25 Noyabr 2017 17:20
- 4 444
Qulaqcıq gənc oğlanın ölümünə səbəb oldu
Adanada gənc oğlan qulaqcıq ilə musiqi dinləyərkən qatarın altında qalıb.
AzNews.az xəbər verir ki, 19 yaşlı Abdullah Sezər telefonu ilə musiqi dinləyərək evinə gedirmiş. Musiqinin təsirindən qatar keçidinə yaxınlaşdığını hiss etməyən gənc, ətrafdakıların xəbərdarlığını da eşitməyib. Nəticədə gənc oğlan Mersin-Adana istiqamətində gedən qatarın altında qalaraq ölüb. Təhlükəsizlik kameralarına da əks olunan qəza ilə bağlı cinayət işi açılıb.