- Köhnə - Hadisə
- 27 Noyabr 2017 22:02
- 4 059
Bakıda zavod yandı
Bakıda zavod ərazisində yanğın baş verib
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda zavodun ərazisində həcmi 18 ton olan bitum çəninin başlıq hissəsi və çənin üzərinə çəkilmiş şüşə-pambıq üzlük qismən yanıb.
Çənin içərisində olan bitum və yaxınlıqda olan digər çənlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.