- Köhnə - Hadisə
- 30 Noyabr 2017 19:39
- 3 440
Ağcabədidə ev yandı
Ağcabədinin Qaravəlli kəndində ümumi sahəsi 255 kv.m olan evdə yanğın olub.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, birmərtəbəli 5 otaqlı evin 2 otağının tavanı 40 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.