Avtomobillər toqquşdu - 5 nəfər yaralandı

Ağsu rayonunda 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 16:30 radələrində Ağsu-Göylər yolunda, Çaparlı kəndində Ağsu rayon sakinlərinə məxsus 10-DG-638 və 06-BE-155 dövlət nömrə nişanlı iki “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Sayılov Ağazər Alıxan oğlu, 1955-ci il təvəllüdlü Sayılova Yavər Alıxan qızı, 1998-ci il təvəllüdlü Qurban Qurbanov Qurban oğlu, 2015-ci il təvəllüdlü Şahbazova Aydan Ramil qızı, 1969-cu il təvəllüdlü Xasıyev Xalid Şənbə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az