Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Yardımlı sakinini Bakıda maşın vurdu

Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 10-da saat 7:00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Afiq Quliyev idarə etdiyi “İsuzu” markalı avtomobillə yolu keçən Yardımlı rayon sakini Misirxan Rzayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.