“Mercedes”lə mikroavtobus toqquşdu - Ölən var + Fotolar

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, Qubanın İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını və mikroavtobus toqquşub.

Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az