- Köhnə - Hadisə
- 26 Dekabr 2017 13:05
- 3 827
Masallıda 7 otaqlı ev yandı
Bakı şəhəri və Masallı rayonunda yanğın faktı qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 87 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 3 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Masallı rayonu, Xəlfələr kəndində ümumi sahəsi 220 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları 140 m2sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.