- Köhnə - Hadisə
- 27 Dekabr 2017 17:46
- 5 498
Həyat yoldaşı ilə mikroavtobusa mindi - Bıçaqlandı
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
"Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan marşrut mikroavtobusu ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı marşrut sürücüsü tərəfindən xəstəxanya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb, istintaq davam edir.
AzNews.az