- Köhnə - Hadisə
- 28 Dekabr 2017 17:00
- 4 773
30 yaşlı kişi özünü güllələdi - Yenilənib
Cəlilabad rayon sakininin ovda ölməsi ilə bağlı bəzi yeniliklər məlum olub.
APA-nın cənub bürosunun əldə etdiyi məlumata görə, özünün ehtiyatsızlıq nəticəsində açdığı atəş nəticəsində öldüyü bildirilən Fərid Baba oğlu Quliyev ova qardaşı və digər bir neçə nəfərlə gedb.
Məlumatda bildirilir ki, güllə ona kürək nahiyəsindən dəyib.
F. Quliyevin cəsədi bir gün sonra tapılıb.
İlkin məlumatda isə onun ehtiyatsızlıqdan özünü güllə ilə vurduğu və hadisə yerində öldüyü bildirilirdi.
Faktla bağlı araşdırma aparılır.
***
***
13:36
Cəlilabad rayon sakini özünü güllələyərək öldürüb.
"Report"un yerli bürosunun məlumatına görə, hisə rayonun Adnalı kəndi ərazisində baş verib.
Belə ki, həmin kəndin sakini, 1987-ci il təvəllüdlü Fərid Baba oğlu Quliyev özünü güllələyərək öldürüb.
Məlumata görə, hadisə ov zamanı baş verib. F.Quliyev çöl donuzu ovlayarkən ehtiyyatsızlıqdan özünü güllələyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
AzNews.az