- Köhnə - Hadisə
- 28 Dekabr 2017 19:25
- 3 609
Neftçalada iki nəfər intihara cəhd edib
Neftçalada iki nəfər intihara cəhd edib.
AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Aşağı Surra kənd sakini, 1991-ci il təvəllüdlü Zabitov Əbülhəsən Kamran oğlu özünü asaraq intihara cəhd etsə də, yaxınları bunun qarşısını alıb.
Həkimlər asfeksiya (boğulma) diaqnozu ilə xəstəxanaya çatdırılan Ə. Zabitovun həyatını xilas edə biliblər.
Digər hadisə rayonun Həsənabad qəsəbəsində baş verib. Quba sakini, 1975-ci il təvəllüdlü Orucov Elşən Gülbala oğlu üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakı insanlar tərəfindən xilas edilərək xəstəxanaya çatdırılan E. Orucov vəziyyətinin ağır olduğundan yanıq şoku diaqnozu ilə Bakı Yanıq mərkəzinə göndərilib.
Hər iki faktla bağlı Neftçala rayon prokurorluğu tərəfindən araşdırma aparılır.