- Köhnə - Hadisə
- 2 Yanvar 2018 10:00
- 2 573
Goranboyda evdə partlayış olub
Goranboyda evdə qaz sızmasından partlayış olub.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.
Partlayış nəticəsində qəsəbə sakini, 1988-cı il təvəllüdlü Əsgərov Elşən I, II və III dərəcəli termik yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az