Bayram günlərində 4 nəfər dəm qazından zəhərlənib

Bayram günündə 4 nəfər dəm qazından zəhərlənib.

Bunu Lent.az-a Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Azər Maqsudov bildirib ki, bayram günlərində dərmanlarla bağlı müraciətlər də olub: "2 nəfərdə dərmanlarla bağlı allergik reaksiya verib, 1 nəfərdə isə dərman zəhərlənməsi olub”.

Baş toksiokoloq qeyd edib ki, zəhərlənmələr zamanı ölüm olmayıb.

AzNews.az