- Köhnə - Hadisə
- 2 Yanvar 2018 12:47
- 3 339
İsmayıllıda avtomobil aşdı - 3 nəfər xəsarət aldı
İsmayıllı rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə rayonun Tağlabiyan kəndində qeydə alınıb.
Kənd sakini 1967-ci il təvəllüdlü Nizami Canıyev idarə etdiyi “NİVA” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Hadisə zamanı Nizami Canıyev, həyat yoldaşı 1969-cu il təvəllüdlü Elmira Canıyeva, sərnişini 2009-cu il təvəllüdlü Gülay Mustafazadə müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.