- Köhnə - Hadisə
- 2 Yanvar 2018 13:05
- 3 617
Azyaşlı suda boğuldu
Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məluamata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.