Ələtdə piyada vuruldu - Hadisə yerində öldü

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.