Bakıda mənzildə partlayış - 3 nəfər xəsarət aldı

Bakıda mənzildə partlayış baş verib.

AzNews.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan Könül Cəfərovanın evinin mətbəxində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə K.Cəfərova, qızı Aysun və qardaşı qızı Nərmin Məmmədova yanıq xəsarətləri alıb, xəstəxanaya yerləşdiriliblər.