- Köhnə - Hadisə
- 2 Yanvar 2018 13:42
- 18 154
Bakıda gözəllik salonundan 5 min pul oğurlandı
Bakıda gözəllik salonundan oğurluq olub.
AzNews.az-ın DİN-in saytına istinadən məlumatına görə, yanvarın 1-də saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb.
Aparılmış əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.