Bakıda iki avtomobil toqquşub: xəsarət alanlar var

2 nəfər deformasiyaya uğramış avtomobildən çıxarıılıb

AzNews.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda “Kia” və “Hyudai” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.