Samux rayonunda ağır yol qəzası baş verib. Samux rayonunda ağır yol qəzası baş verib.

"QAZel" "VAZ"la toqquşdu - Ölən və yaralananlar var

Samux rayonunda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, yanvarın 3-də saat 1:00 radələrində Samux rayonunun Sərkar kəndində rayon sakini Müslüm İsmayılovun idarə etdiyi “QAZel” markalı mikroavtobus və Ruslan Nəsibovun idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

Nəticədə R.Nəsibov hadisə yerində ölüb, 2 sərnişini, habelə M.İsmayılov xəstəxanaya yerləşdiriliblər.

Samux RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

AzNews.az