- Köhnə - Hadisə
- 5 Yanvar 2018 13:36
- 5 123
2-ci kurs tələbəsi özünü Kür çayına atdı - Yenilənib
Mingəçevir şəhərində 1 nəfər Kür çayında batıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfərin Kür çayında batdığı ehtimal olunur. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar. Əlavə məlumat veriləcək.
***
Özünü körpüdən Kür çayına atan gəncin meyiti dalğıclar tərəfindən aşkar edilib.
"Report"un Şirvan bürosu xəbər verir ki, Aran dalğıc-axtarış qrupunun Kür çayında batan iki günlük axtarışları nəticə verib. Meyit sahilə çıxarılıb.
Özünü çaya atan şəxsin Göygöl rayon sakini Araz Rafiq oğlu Abbasov olduğu müəyyənləşib. O, Mingəçevir Turizm Kollecinin 2-ci kursunda qiyabi təhsil alırmış. Məlumata görə, A.Abbasovun dayısı Mingəçevir şəhərində yaşayır. O, payız imtahan sessiyası üçün Mingəçevirə gəlibmiş və dayısının evində qalırmış.
Hadisənin səbəbləri araşdırılır.